İmişli rayonunda müəmmalı ölüm hadisəsi baş verib.
Yeniavaz.com publika.az-a istinadən xəbər verir ki, rayon mərkəzində Beşmərtəbə adlanan ərazidə yerləşən ümumi tualetdən 1983-cü il təvəllüdlü İmanov Samir Famil oğlunun meyiti tapılıb.
36 yaşlı kişinin hansı səbəbdən vəfat etdiyi hələlik dəqiq bilinmir.
Ölüm faktı ilə bağlı müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı İmişli rayon Prokurorluğunda araşdırma aparılır.