
Dünən yeni çəkilmiş yolun ortasında elektrik dirəyi olan fotonun Şəki rayonu Üzümçülük kəndində çəkildiyi xəbəri yayılmışdı.
Yeniavaz.com xəbər verir ki, həmin fotonu 15 iyul 2019-cu il tarixində braziliyalı "Twitter" istifadəçisi Andrea adlı xanım öz səhifəsində paylaşıb. Andrea paylaşımında fotonu özünün çəkdiyini qeyd edib. Gənc xanımın səhifəsindəki şərhlərə nəzər saldıqda şəklin Şəkinin Üzümlük kəndində yox, Braziliyada çəkildiyi məlum olur.
Tirei essa foto pq juro que não bebi!
— Andrea ᶜʳᶠ👉🏻🇧🇷❤🖤 (@dhearantes) 16 Temmuz 2019
Alguém tá vendo algo errado ai tbm???? pic.twitter.com/omDIwwogby