Türkiyədə qanunsuz yaşayanlara BƏD XƏBƏR - Daxili işlər naziri AÇIQLADI


Türkiyənin Daxili işlər naziri Süleyman Soylu, sistemsiz və qanunsuz miqrasiya ilə mübarizə məqsədilə bu ilin sonunadək 80 min miqrantı deportasiya edəcəklərini bildirib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Haliç Konqres Mərkəzində bir tədbirdə çıxış edən S. Soylu ötən il də 56 min qanunsuz miqrantı deportasiya etdiklərini bildirib: "Bizim işimiz sabitliyi təmin etməkdir. Ötən il ümumilikdə 56 min qanunsuz miqrantı deportasiya etdik. Biz bunu etməsək Türkiyə qanunsuz miqrasiya üçün cəzbedici ölkə kimi tanına bilər. 20 iyula kimi 43 min qanunsuz miqrantı artıq deportasiya etmişik".
Türkiyəyə hər il yüz minlərlə qanunsuz miqrantın üz tutduğunu bildirən S. Soylu 2018-ci ildə bu rəqəmin 547 min olduğunu açıqlayıb. 2019-cu ildə bu günə kimi 168 min nəfərin ölkəyə qanunsuz girişinə mane olduqlarını vurğulayan nazir, bunda sərhəd zonalarında artırılan tədbirlərin də böyük rol oynadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top