Putinə qarşı "sui-qəsd" cəhdi - 2 nəfər həbs edildi


Rusiya rəsmiləri Yekaterinburqda Rusiya prezidenti Vladimir Putinə qarşı saxta sui-qəsdə cəhd barədə məlumat yayıblar.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 9 iyulda Yekaterinburqda Putinin korteji hava limanından çıxarkən yolda tellərlə sarılmış şüşə və içinə daş qoyulan ayaqqabı tapılıb. Sui-qəsd təəssüratı yaradan saxta hadisədən sonra iki nəfər həbs edilib.
Həmin hadisə ilə bağlı Rusiya polisindən verilən açıqlamada hər iki "sui-qəsdçinin" spirtli içki aludəçisi olduqları və əvvəllər də bir neçə dəfə həbs edildikləri bildirilib.
"Sui-qəsdçilər" məhkəmə zamanı onları həbs edən polislərdən intiqam almaq istədiklərini söyləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top