Bakının Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, beynəlxalq hava limanı istiqamətində hərəkətdə olan və Süleyman Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxıb və eyni istiqamətdə hərəkətdə olan "Daewoo" markalı avtomaşına çırpılıb.
Hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.