İqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə qarşılaşdığı maraqlı bir məqamı paylaşıb. Yeniavaz.com xəbər verir ki, Q.İbadoğlu paytaxt marketlərinin birində 15 aylıq orta əmək haqqına bərabər olan bir spirtli içkinin satıldığının şahidi olub.
"Dünən "Kontinental" supermarketə su almaq üçün girmişdim, təsadüfən qiyməti 7900 manat olan 1 şüşə konyak gördüm".
Fikirləşdim ki, qiyməti 15 aylıq orta əmək haqqına bərabər olan bu içkinin alıcıları kim ola bilər? Amma sonra düşündüm ki, yəqin 2,5 milyon manatlıq saatı olanların içkisi də bu qiymətdə olur.
Məlumat üçün qeyd edim ki, "Courvoisier L'Essence Cognac" Yaponiyanın Osaka şəhərində yerləşən "Suntory Holding"ə məxsusdur, Fransanın "Charente" regionunun Jarnac şəhərində istehsal olunur. Bu ilin iyun ayına bu konyakın dünya bazarında orta qiyməti 2620 dollar olub, göründüyü kimi Bakıdakı qiymət qlobal orta qiymətdən 2 dəfəyədək yuxarıdır".