Türkiyənin Ardahan bölgəsində baş verən qəzada üç azərbaycanlı xəsarət alıb.
Ardahan-Kars yolunda iki avtomobilin toqquşması nəticəsində baş verən yol nəqliyyat hadisəsində 8 nəfər yaralanıb.
Türkiyə vətəndaşı Çetin Yıldızın idarə etdiyi "34 VT 0492" dövlət nişanlı avtomobil Azərbaycan vətəndaşı A.Bağırovanın idarə etdiyi "T 652 XT 86" Rusiya dövlət nişanlı avtomobillə toqquşub.
Yaralılar Ardahan Dövlət Xəstəxanasına yerləşdirilib.
(BAKU.WS)