Yağışlı havada avtomobilin üstünə ildırım düşdü - VİDEO


ABŞ-da yağışlı havada yol gedən avtomobilin üzərinə ildırım düşdüyü iddia olunur.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hər nə qədər hadisənin lentə alınmış kadrları olsa da, bunan nə qədər həqiqəti əks etdirdiyi məlum deyil.
Florida əyalətində ötən həftə şiddətli yağışlar müşahidə olunmuşdu. Fort Mayrza gedən bir cütlüyün szölərinə görə dostları ilə görüşmək üçün yola çıxan bir cütlük isə fırtınanın ortasında qalıb.
İddiaya əsasən avtomobilin ön tərəfində əyləşən qadın, ildırımları lentə almaq üçün mobil telefonunu işə salıb. Bu zaman isə onların önündə hərəkət edən avtomobilin üzərinə ildırım düşüb. Qadın həmin anları da lentə alıb.
Kadrları sosial mediada yayımlayan qadın belə şərh yazıb: "Yoldaşım və mən Fort Mayrzda dostlarla görüşmək üçün yola çıxmışdıq. Qara buludları gördük. Ancaq bunun Floridanın hər zamanlı fırtınalarından olduğunu düşünmüşdüm. Lentə almağa başladım. İldırımları çəkməyi planlaşdırırdım. Ancaq heç vaxt bunu təxmin etməmişdim".
Ərazi polisindən isə, qəza ilə əlaqədar heç bir yaralanma və ya avtomobil qəzası haqqında məlumat alınmadığı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top