İngiltərənin yeni baş naziri Boris Conson oldu


İngiltərədə eks xarici işlər naziri və Londonun bələdiyyə sədri Boris Conson, hazırda ölkə iqtidarını əlində tutan Mühafizəkar Partiyada yeni baş nazir seçilib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, B. Conson sabah kraliça II Elizabet tərəfindən yeni hökuməti qurmaqla təlimatlandırılacaq və İngiltərənin yeni baş naziri olacaq.
B. Conson baş nazir Tereza Meyin istefasının ardından MP-nin millətvəkilləri arasında keçirilən səsverməni də üstün tamamlamışdı.
Bu səsvermə zamanı ilk iki sıradakı Conson və xarici işlər naziri Ceremi Hant arasından kimin baş nazir olacağına isə MP-nin təxminən 160 minə yaxın üzvü qərar verdi.
Yekun səsvermə zamanı B. Conson 92 min 153, C. Hant isə 46 min 656 səs topladı.
Tereza Mey sabah Böyük Britaniya İcmalar palatasındakı sessiyadan sonra istefasını kraliçaya təqdim edəcək.
93 yaşlı kraliça isə, daha sonra B. Consonu Bukingem sarayına çağıraraq onu hökuməti qurmaqla təlimatlandıracaq.
Növbəti mərhələdə isə B. C. öz nazirlərini təyin edəcək və nüvə silahlarının şifrələrini öyrənəcək.
B. Conson İngiltərənin 31 oktyabrda, lazım gəlsə müqavilə olmadan da Avropa İttifaqından ayrılacağını deyir.
Qeyd edək ki, maliyyə naziri Filip Ammond, ədliyyə naziri Deyvid Qok və beynəlxalq inkişaf naziri Rori Stivart daha əvvəl də bu siyasəti dəstəkləmədiklərini bildirərək, Conson seçiləcəyi təqdirdə istefa edəcəklərini bildirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top