Üzüm suyunun İNANILMAZ FAYDALARI – Xərçəng riskini azaldır

 
Yay aylarının ən çox istehlak edilən meyvələrindən biri də üzümdür. Azərbaycanın bir çox rayonlarında becərilən bu meyvə sağlamlıq üçün olduqca faydalıdır. Üzümdən şərab, kişmiş, şərbət, doşab (bəkməz) hazırlanır və hətta xalq təbabətində də geniş istifadə olunur. 
Yeniavaz.com üzümün faydalarını təqdim edir: 
Yaşıl üzümün tərkibində B1, B2, dəmir, maqnezium, fosfor kimi vitaminlər var. Üzümün bu növündən üzüm suyu, üzüm sirkəsi, doşab hazırlanır. Qara üzüm isə qan azlığını aradan qaldırır, tumları və qabıqları istehlak edildiyində maddələr mübadiləsini sürətləndirir, orqanizmi viruslardan təmizləyir. Eyni zamanda xərçəngə yoluxma riskin də azaldır. Gün ərzində 2 dəfə: səhər yeməyindən 2 saat sonra və axşam yeməyindən 1 saat əvvəl 2-3 ədəd qara üzümü əzərək istehlak edin. Hazırlanan qarışımı 10 gün müddətində istifadə edə bilərsiniz.
Bütün bunlardan əlavə yaddaşı gücləndirir, altsgeymer xəstəliyinə tutulma riskini azaldır, həzm sistemini tənzimləyir, süd vəzi xərçəngindən qoruyur.
Xüsusilə üzüm qurusu (kişmiş) beyin inkişafına müsbət təsir göstərir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, antioksidant baxımından zəngin olan üzüm suyundan gün ərzində bir stəkan istehlak edilərsə süd vəzi xərçənginin yaranma riskini azalar.
C vitamini ilə zəngin olan bu meyvədən üz baxımı maskalarında da geniş istifadə olunur.
 
Hansı zərərləri var? 
Üzümün sağlamlıq baxımından heç bir zərəri yoxdur. Amma hər meyvədə olduğu kimi üzümün tərkibində də şəkər var. Buna görə də diabet xəstələri az miqadarda istehlak etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top