Azərbaycanlı sürücü yol polisini döyüb xəstəxanalıq etdi - Ukraynada


Azərbaycan vətəndaşı yol patrul xidmətinin əməkdaşını döyüb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Yol hərəkəti qaydalarını pozan azərbaycanlı sürücü polis əməkdaşı tərəfindən saxlanılıb. Yol polisinin xidməti maşınla onun avtomobilinin qarşısını kəsməsi sürücünü qəzəbləndirib. Bununla bağlı tərərflər arasında mübahisə yaranıb. Söz davasına sürücünün yanında əyləşən digər azərbaycanlı da qoşulub.

Hadisə zamanı əsəblərini cilovlaya bilməyən həmyerlimiz polisə bir neçə yumruq zərbəsi endirib. Qapalı kəllə-beyin travması alan polis əməkdaşı təcili xəstəxanaya yerləşdirilib.

Hər iki azərbaycanlı saxlanılaraq polis şöbəsinə aparılıb. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top