Əsir götürülən 4 Türkiyə vətəndaşı üçün tələb olunan məbləğ açıqlandı


Qərbi Afrika ölkələrindən Nigeriyada kimliyi məlum olmayan şəxslər tərəfindən əsir götürülən 4 Türkiyə vətəndaşı üçün 44 min dollar pul istənilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nigeriyanın şərqindəki İlorin əyalətində 4 Türkiyə vətəndaşı pula görə qaçırılıb.

Məlumata görə, Yasin Çolak (33), Şənər Apal (40), Ərgün Yurdakul (35) və Səyid Kəklik (25) üçün 44 min dollar pul istənilib.

Bildirilir ki, Əbdürrəhman Manzuman adlı şəxs naməlum şəxslərin çalışdığı şirkət səlahiyyətliləri ilə əlaqə saxladığını və  hər bir Türkiyə vətəndaşı üçün 11 min dollar pul istədiklərini deyib.

Məlumata görə, polislər hal-hazırda əsir götürülən vətəndaşların sağ olub-olmadıqlarını araşdırır. 

DİGƏR XƏBƏRLƏR

Top