Türkiyədə saxta pul əməliyyatı: 271 milyon saxta dollar tapıldı - VİDEO


Türkiyənin İstanbul şəhərində aparılan əməliyyat zamanı, 271 milyon 150 min dollar saxta pul ələ keçirilib.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, İstanbul polisinin aidiyyatı orqanları verilən məlumat əsasında Esenyurt rayonunda genişmiqyaslı əməliyyat keçirib. Nəticədə bazara buraxılmaq üçün hazırlanmış və saxta olduğu müəyyən edilmiş 271 milyon 150 min dollar ələ keçirilib.
İyulun 19-da keçirilən əməliyyat çərçivəsində 5 nəfər saxlanılıb. Polisin verdiyi məlumata əsasən saxta pulların hazırlandığı mətbəədə heç nə tapılmasa da, aparılan axtarışlar zamanı saxta pullar xüsusi gizlədilmiş otaqda tapılıb.
Səlahiyyətli şəxslər ələ keçirilən saxta pul miqdarının indiyə kimi ələ keçirilmiş ən böyük miqdar olduğunu bildiriblər. Qeyd olunub ki, hazırda qazanılmış gəlirlərin kimlərə verilməsi haqqında araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top