Mənsimov Türkiyədə müalicə alan Xalq artisti ilə görüşdü - FOTOLAR


Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb.

Yeniavaz.com xəbər verir ki, M.Mənsimov öz "facebook" səhifəsində görüşdən fotolar paylaşaraq bunları yazıb:

“Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir...

Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.

Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi.

Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”

DİGƏR XƏBƏRLƏR

Top