Çıraqlı kəndi yenidən atəşə məruz qalıb


Düşmən Ağdamın Çıraqlı kəndini yenidən atəşə tutub. 

Yeniavaz.com ordu.az-a istinadən xəbər verir ki, dünən gecə saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmənin atəşkəsi pozması nəticəsində atılan iriçaplı pulemyot mərmiləri yaşayış evlərinin divarlarına dəyib. 

Xatırladaq ki, düşmən gərginliyi artırmaq üçün cəbhənin müxtəlif istiqamətlərində xüsusilə yaşayış məntəqələri olan yerlərdə təxribatlar törətməyə davam edir. 

Fakt Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub!

DİGƏR XƏBƏRLƏR

Top