Xırdalanda çayxananın sahibi müştəri tərəfindən bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib. Nəticədə o, ayağından bıçaqlanıb.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top