Bakıda "Schacman" 6 maşını əzib keçdi - 5 nəfər xəsarət alıb - FOTO

Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.

Ziya Bünyadov prospektində hərəkətdə olan "Schacman" markalı yük maşını 2 ədəd "Mercedes", "Volkswagen", "Ravon", “NAZ Lifan”, "BMW" markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində bir ailənin 3 üzvü, "Volkswagen"-də olan 2 nəfər xanım xəsarət alıb. 

"BMW"-nin sürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və övladları 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

Ziya Bünyadov prospektində baş vermiş son iki yol qəzası səbəbindən DYP əməkdaşları tərəfindən hazırda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə "Qələbə" dairəsi istiqamətindən Nərimanov rayonu ərazisinə gedən yoldakı tunelə giriş-çıxışa məhdudiyyət qoyulub.

Faktla bağlı araşdırma aparılır. //APA



DİGƏR XƏBƏRLƏR

Top