“Sovetski”də söküntü vaxtı qaz xətti zədələndi


Yasamal rayonunda “Sovetski” kimi tanıdığımız ərazidə, S.Tağızadə küçəsində təmir işləri aparan təşkilatlardan biri yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salıb.

Yeniavaz.com-a daxil olan məlumata görə, “Azəriqaz” İB yaranmış vəziyyətdən əziyyət çəkən 40 abonentin qaz təchizatını bu gün saat 13.40-da bərpa etməyə nail olub. Bütün qurumlardan təmir-tikinti işləri apararkən həmin ərazilərdəki qaz xətlərini nəzərə almaları xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top