Rusiyadan S-400-lərlə bağlı İDDİA: Türkiyə ilə birgə istehsal ediləcək


Moskvanın nəzarəti ilə hərbi sursatlar istehsal edən "Rostec" şirkətinin rəhbəri Çemezov ABŞ rəsmilərini hiddətləndirəcək iddia səsləndirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Çemezov Rusiya və Türkiyənin S-400 hava hücumundan müdafiə sisteminin hissələrini birgə istehsal etmək üçün danışıqlar apardığını iddia edib.
Onun sözlərinə görə Rusiya Türkiyə ilə texnologiya sahəsində başda aviasiya olmaqla, helikopter istehsalı və enerji sahələrində müttəfiqliyini göcləndirmək niyyətindədir: "S-400 hava hücumundan müdafiə sistemlərinin müəyyən hissələrinin Türkiyədə istehsal edilməsi üçün danışıqlar aparılır. Türkiyə "Rostec" və Rusiyanın vacib müttəfiqlərindəndir. Moskva və Ankara arsında hərbi-texniki sahədəki atılan addımlar müsbət yöndədir. S-400-lərin təhvil verilməsini Türkiyə istədiyi üçün sürətləndirdik. Belə hallara dünyada çox nadir rastlanılır. Müdafiə sisteminin ilk hissəsi bu ay təhvil verildi və bundan sonra da nəzərdə tutulan təqvimdə davam edəcək".

DİGƏR XƏBƏRLƏR

Top