Çavuşoğlundan ABŞ-a TƏHDİD: "Əməliyyata başlayacağıq"

Xarici işlər naziri Mevlüt Çavuşoğlu S-400 zenit-raket kompleksləri haqqında açıqlama verib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər naziri  M.Çavuşoğlu, gündəmdəki məsələlər ilə əlaqədar bir sıra açıqlamalar verib. Açıqlamada bildirilir: "ABŞ-da sanksiyalar mövzusunda anlaşılmazlıqlar var, Prezident D.Tramp sanksiyalar tətbiq etmək istəmir. D.Trampın sanskiyaları təxirə salma kimi səlahiyyəti var.  Bununla bağlı təkliflərimizi Prezident Rəcəb Tayyib Ərdoğan danışıqlar zamanı bildirib və S-400 zenit-raket kompleksləri 2020-ci ildə aktivləşdiriləcək”.

Nazir eyni zamanda Mumbiç ərazisi ilə bağlı da açıqlama verib: “M.Pompeo 2018-ci ildə Mumbiç yol xəritəsini təstiq etdi və 90 gün ərzində tətbiq ediləcəyini bildirdi. Amma, artıq 14 aydır ki, heç bir nəticə yoxdur. Belə davam edərsə bölgədə heç bir təhlükəsizlik yarana bilməz və bölgə terroristlərdən təmizlənməzsə əməliyyatlara başlayacağıq”.

DİGƏR XƏBƏRLƏR

Top