Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat etdi


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano 72 yaşında dünyasını dəyişib. 
Yeniavaz.com xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir: “Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amanonun vəfatına görə təəssüflənirik”.
Qeyd edək ki, ötən gün 72 yaşlı yaponiyalı diplomat səhhəti ilə əlaqədar gələn ilin mart ayında istefa verəcəyini bildirmişdi.
Ümumilikdə 171 ölkənin, o cümlədən Azərbaycanın üzv olduğu BAEA-nın Baş direktoru 35 dövlətin təmsilçilərindən ibarət Müdirlər Şurası tərəfindən seçilir. BAEA nüvə silahlarının yayılmasına qarşı mübarizədə mühüm rol oynayır, eləcə də müxtəlif ölkələrin nüvə proqramları ilə bağlı öhdəliklərinin icrasına nəzarət edir.

DİGƏR XƏBƏRLƏR

Top