Türkiyənin Antalya şəhərində Şirin adlı Azərbaycan vətəndaşı mənzilində ölü tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Antalyanın Muratpaşa əyalətində baş verib.
Bildirilir ki, 1 həftə müddətində Şirindən xəbər ala bilməyən bina sakinləri dərhal polisə xəbər veriblər.
Qeyd olunan ünvana gələn polis və xilasedicilər mənzilə daxil olaraq sözügedən şəxsin cansız bədənini tapıblar. Bir otaqlı mənzildə yerə yıxılaraq başı beton döşəməyə dəyən Şirinin artıq 4 aydır ki, xəstə olduğu bildirilib.
Üzərində şəxsiyyət vəsiqəsi tapılmayan Azərbaycan vətəndaşının 6 ildir Antalyada tək yaşadığı, dolanışığını rəngsazlıq edərək təmin etdiyi, lakin son bir ildir çalışmadığından bələdiyyənin ona qidalanması üçün ərzaqlar verdiyi bildirilir.