Bakıda maşın yoluna çıxan kişi aləmi bir-birinə vurdu – VİDEO


Ötən gün axşam saatlarında naməlum şəxs Bakının Nərimanov rayonunda aləmi bir-birinə vurub.


Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.

Bildirilir ki, “Nərimanov” metrosu yaxınlığında sərxoş bir kişi ictimai asayişi pozub. Sərxoş şəxs maşın yolunda dayanaraq yolu kəsib. Sürücüləri söyüb, maşınlara yumruğu ilə vurub.

Bir neçə sürücü düşüb həmin şəxsi sakitləşdirməyə çalışıb. Lakin bu mümkün olmayıb.


Hətta avtobus sürücüsü onunla dava etməyə başlayıb.

Çox maraqlıdır ki, həmin vaxt yolda hüquq-mühafizə orqanları əməkdaşlarından heç kim olmayıb.

Baş verən hadisənin görüntülərini təqdim edirik. 
 

DİGƏR XƏBƏRLƏR

Top