Ukraynada səsvermə başa çatıb - “Exit-poll”un nəticələri


Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə başa çatıb.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.

Yeniavaz.com xəbər verir ki, "exit-poll"un nəticələrinə görə  "Xalqın xidmətçisi" (Prezident Vladimir Zelenskinin partiyası) 43,9%, "Müxalifətçi platforma - Həyat Uğrunda"  - 11,5%, "Avropa Həmrəyliyi" (sabiq Prezidenti Petro Poroşenkonun partiyası) - 8,9%, "Batkivşina" (Yuliya Timoşenkonun partiyası) - 7,6%, "Səs" (müğənni Svyatoslav Vakarçukun partiyası)  6,3%.səs toplayıb.

DİGƏR XƏBƏRLƏR

Top