“Şirməmməd Hüseynov mükafatı” təsis edilib

Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı toplantı keçiriblər.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, toplantıda jurnalistika sahəsində baş verən yeniliklər, xüsusilə yeni medianın üstünlükləri ilə yanaşı mənfilikləri müzakirə olunub.

Müzakirələrdə Şirməmməd Hüseynovun vəfatını mətbuat tariximizin ən böyük itkilərindən biri kimi dəyərləndirilib. Toplantının sonunda “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi barədə qərar qəbul olunub.

Mükafatın Əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top