Gəncədə dəmiryolu vağzalında 2 vaqon yanır

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda Dəmiryolu vağzalının ərazisində ehtiyat xətdə dayanmış 2 vaqonda yanğın olması barədə məlumat daxil olub.

Yeniavaz.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top