Azərbaycan təmsilçiləri Avropa Liqasına təyinat alıblar


Azərbaycan təmsilçiləri futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına təyinat alıblar.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, AFFA-nın iki rəsmisi bu qarşılaşmalarda iş başında olacaq.

Bunlar Asim Xudiyev və Sərxan Hacıyevdir. Sonuncu Macarıstanda yerli “Fehervar”la Lixtenşteyn təmsilçisi “Vaduts”un görüşünə təyinat alıb. O, oyunun UEFA nümayəndəsi vəzifəsini icra edəcək. A.Xudiyev iyulun 25-də baş tutacaq “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) görüşündə hakim-inspektor olacaq.

DİGƏR XƏBƏRLƏR

Top