Rusiyada dəhşətli cinayət: gənc qızı gözəl olduğu üçün boğaraq öldürdülər - FOTO

Rusiyada gənc qız dəhşətli işgəncələr ilə öldürülüb.

Yeniavaz.com musavat.com-a istinadla xəbər verir ki, hadisə Rusiyanın Arxangelsk vilayətində baş verib.

17 yaşlı Viktoriya Averina adlı gənc qız gözəl olduğu səbəbi ilə sinif yoldaşları tərəfindən öldürülüb. Sinif yoldaşları Viktoriyanı onlardan gözəl olduğu üçün və "İnstagram" hesabında daha çox izləyicisinin olmasına görə öldürüb.

Gənc qızı öldürən Lina və İrina

Lina və İrina adlı iki gənc qız birləşərək bu dəhşətli cinayəti törədiblər. Onlar Viktoriyanı işgəncələr verərək boğub öldürüblər. Daha sonra onun cəsədini meşəyə apararaq orada qoyub qaçıblar. Boğaraq öldürdükdən sonra onun üzünü şüşə parçaları ilə də tanınmaz hala gətiriblər. Hazırda həbs edilən hər iki gənc qız özlərini "Viktoriya bizdən daha çox gözəl idi. Ona görə öldürdük" deyərək müdafiə edirlər.

Viktoriya Averina

Bu dəhşətli cinayəti törədən gənc qızların normal bir ailəyə sahib olduqları da bildirilir. Onların valideynləri hələ də övladlarının bu cür bir cinayət törətdiklərinə inana bilmir. 

Hazırda bu dəhşətli cinayət ilə bağlı geniş araşdırma başlanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top