Türkiyədə 1 milyon dollar dəyərində əskinas ələ keçirilib


Türkiyənin Uşak şəhərində polisin keçirdiyi əməliyyat zamanı 1 milyon dollar dəyərində əskinas ələ keçirilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, əskinas bəzi tədqiqatlardan keçirilməsi üçün Türkiyə Mərkəzi Bankına göndəriləcək.
Şəhərin Banaz rayonunda keçirilən əməliyyata səbəb polisə saxta əskinaslar haqqında əvvəlcədən verilən məlumat olub. Cümə günü keçirilən əməliyyat zamanı 3 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 30 yaşlı K. Yavuzun üstündə axtarış keçirilən zaman 1 milyon dollar dəyərində əskinas ələ keçirilib.
Polisin verdiyi məlumata görə əskinas, saxta olub olmamasının təsdiqlənməsi üçün Türkiyə Mərkəzi Bankına göndəriləcək.
Qeyd edək ki, ABŞ-ın öz nüfuzunu göstərmək üçün çap etdirdiyi 1 milyon dollarlıq əskinasların alışı və satışı qadağandır.

DİGƏR XƏBƏRLƏR

Top