Bərdədə məktəb yaxınlığındakı mağazalarda yanğın baş verib

Bərdədə ticarət obyektlərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata əsasən, Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində ümumi sahəsi 2000 m² olan, bir dam altında bir-birinə bitişik tikilən, müxtəlif təyinatlı obyektlərin (qalayçı sexi və mebel mağazaları) yanar konstruksiyaları 590 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top