Cüdoçularımız Avropa kuboku yarışının ilk günündə 3 medal qazanıblar - FOTO


Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Yeniavaz.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medalyazdırıb. Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.


DİGƏR XƏBƏRLƏR

Top