Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.
Bu barədə Yeniavaz.com-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, nəticələrə görə, 3 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.
Müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.