Mingəçevirdə gənclər və mətbuat nümayəndələri görüşüb


Milli Mətbuatın yaranmasının 144 cü ildönümü ərəfəsində Mingəçevir Gənclər evi media  nümayəndələri ilə  görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, şəhərin fəal gənci, Gənclər evinin dərnək rəhbəri Rəşad Qurbanov dəvəti qəbul edib gəlmiş qonaqları salamlayıb, onlara Milli Mətbuat günü münasibəti ilə təbriklərini çatdırıb və gənclərin fəaliyyətini mütəmadi işıqlandırdıqlarına görə təşəkkür edib. Söhbət əsnasında gənclərin son günlərdəki uğurlarından, ictimai əlaqələrindən, gələcəyə töhfələrindən danışılıb. Qonaqlar və gənclər arasında fikir mübadiləsi, gələcək əməkdaşlıq çərçivəsində söhbətlər aparılıb. Tədbirdə iştirak edən digər fəal gənclərdən Ehtiram Sadıqzadə, Zəminə Ədilova, Dağlar Babayev, Samit Musayev, könüllülər öz ürək sözləri ilə  ilə media nümayəndələrini təbrik ediblər. Tədbir səmimi  çay sürfəsi arxasında maraqlı söhbətlərlə davam edib. Sonda bir qrup media əməkdaşlarına gənclər evinin hədiyyəsi təqdim olunub. Onu da qeyd edək ki,jurnalistlərin peşə bayramını həmişə ilk olaraq gənclər təbrik edir. Biz də öz növbəmizdə gənclərin bu diqqət və qayğısını alqışlayır,onlara gələcək işlərində həmişə fəal olmalarını arzulayırıq.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top