Bu şəhərdə kirayə evlərə tələbat artıb


Son bir neçə ayda Mingəçevirdə kirayə bazarına tələb artıb.
Yeniavaz.com xəbər verir ki, relitorların sözlərinə görə, alıcıdan çox kirayə evlər üçün onlara müraciət edirlər. Relitor Aydın Heydərovun sözlərinə görə, daha çox kirayə evlərə şəhərə 1-2 aylıq istirahətə gələn turistlərdir: "Mingəevirdən mənzil alanlar isə əsasən xaricdə yaşayanlardır. Onlar 1-2 otaqlı evlər alaraq onları əşyalarla doldurub kirayə verirlər. Belə evlərin qiyməti isə 150-200 manat arası dəyişir".
Relitor həm də onu vurğuladı ki, şəhərdə Az.İES –də təmir bərpa işləri ilə əlaqədar  işləyən işçilərdə kirayə ev tutmaqda daha çox üstünlük təşkil edir: "Demək olar ki, bu gün Mingəçevirdə ev kirayə tutmaq çətinləşib".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top