Bakıda nəhəng ağac aşdı - Xan sarayındakı faciə təkrarlana bilərdi - FOTO


Bir neçə dəqiqə öncə Zorge parkında külək ağacı sındırıraq yolun ortasına aşırıb.


Yeniavaz.com Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə yazıçı-dramaturq Xeyrəddin Qoca az öncə paylaşım edib:


"İndicə, gözümüzün qabağında Zorge parkında gücsüz külək böyük ağacı sındırıb küçəyə saldı. Deməli, ağac quruyubmuş və buna fikir verən yox imiş".


Qeyd edək ki, bir neçə gün öncə Şəki Xan sarayında küləyin ağacı sındırması nəticəsində bir neçə turist yaralanmış, onlardan biri sonradan vəfat etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top