Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: "KAPİTAN" - VİDEO


Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film çəkilib.


Film Məmmədxanlının doğum günü münasibətilə ərsəyə gətirilib.

“Kapitan” adlı sənədli film bu gün saat 21:35-də ilk dəfə İctimai Televiziyada efirə gedəcək. 

Qeyd edək ki, A.Məmmədxanlı 1970-ci ilin 20 iyul tarixində dünyaya gəlib. 

Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.

23 Aprel 2011-ci ildə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top