
Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib.
“Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.
Qeyd edilir ki, avtomobildə olanlar “Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.