Polisin rüşvət aldığı iddia olunan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Yeniavaz.com-a açıqlama verdi. Bildirdi ki, göstərilən videogörüntülərə baxış keçirilib: "Hazırda məlumatlar dəqiqləşdirilir və bu faktla bağlı araşdırma aparılacaq”.

***12:45
Redaksiyamıza Gəncə Şəhər Yol Patrul Xidmətinin əməkdaşı olduğu iddia olunan polisin, maşınları saxladaraq rüşvət aldığı görüntüləri daxil olub.

Yeniavaz.com xəbər verir ki, görüntülərdə polis əməkdaşının 10 VM 737 dövlət nömrə nişanlı “Porsche”, 99 CN 019 dövlət nömrə nişanlı “Lada 015”, 10 VV 737 dövlət nömrə nişanlı “Toyota Prado” və 20 CN 819 dövlət nömrə nişanlı “Hyundai Tucson” markalı avtomobillərdən rüşvət aldığı iddia olunur.

Görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top