İran İngiltərə tankerini ələ keçirdi


İran İnqilab keşikçiləri Ordusu (“SEPAH”), Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fucirə limanında Səudiyyə Ərəbistanının Əl Cəlil limanına gedən İngiltərəyə aid neft tankerini ələ keçirdiklərini açıqlayıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, SEPAH tərəfindən verilən açıqlamada İngiltərəyə aid “Stena İmpero” adlı neft tankerinin Hörmüz boğazından keçişi zamanı beynəlxalq qaydalara əməl etmədiyi üçün saxlanıldığı bildirilib. SEPAH-ın açıqlamasında gəminin sənədləri yoxlanılana qədər İranın nəzarəti altında qalacağı bildirilib.
Gəminin aid olduğu “Stena Bulk and Northern Marine Management” şirkəti tərəfindən gəminin ələ keçirildiyi təsdiqlənib. Şirkətdən verilən açıqlamada 23 nəfər heyət üzvündən heç birindən yaralanma qeydə alınmadığı bildirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top