Hollandiya məhkəməsi Srebrenitsa qətliamına görə öz ölkəsini günahlandırdı


Bosniya serbləri 1995-ci ilin iyulunda müsəlmanların yaşadığı Srebrenitsa anklavını ələ keçirdikdən sonra Hollandiyaya aid “Potoçarı” hərbi bazasına yaxın ərazidə 350 insanı qətlə yetirib. Bu səbəbdən, Hollandiya məhkəməsi öz dövlətini tarixin ən qanlı hadisələrindən birinə görə qismən məsul tutub.

Məhkəmə dövlətə həmin qətliamda öldürülən şəxslərin ailələrinə dəyən ziyanın 10%-ni ödəmək öhdəliyini qoyub. Hollandiya Müdafiə nazirliyi Ali Məhkəmənin qərarını tanıdıqlarını və öz məsuliyytlərini qəbul etdiklərini açıqlayıb.

Qeyd olunur ki, həlak olan insanlar Hollandiya Silahlı qüvvələrinə məxsus hərbi bazada sığınmağa çalışan 5000 müsəlmanın içində olub.

Hərbi qulluqçular onları bazada saxlamayıblar və hətta qovublar. Nəticədə, onların hamısı Serbiya Respublikası (Borsniyanın tərkibindəki-red.) generalı Ratko Mladiç tərəfindən qətlə yetirilib. Məhkəmə hərbçilərin əvvəldən həmin adamları nə gözlədiyi barədə məlumata malik olduğunu müəyyənləşdirib.

Bununla bərabər, hökmdə Hollandiya əsgərlərinin özlərinin də çətin vəziyətdə olduğu göstərilib. Belə ki, həmin vaxt yüngül silahlarla təchiz olunmuş tabor ağır silahlı serb dəstələri ilə üz-üzə qalıbmış.

Bundan daha öncə, Haaqa Apellyasiya məhkəməsi müsəlmanların bazada qalması halında həyatda qalmaq şanslarının 30% civarında olduğunu bildirmişdi. Lakin Ali Məhkəmə bu göstəricini bir qədər şişirdilmiş sayaraq onu 10%-ə endirib.

Xatırladaq ki, Hollandiya əsgərlərinin hərəkətləri ilə bağlı ilk məlumatlar 2002-ci ildə çıxdıqdan sonra həmin dövrdə hökumət tam tərkibdə istefaya getməyə məcbur olmuşdu.

Rəsmi statistikaya əsasən, Srebrenistada 1995-ci ilin iyul ayında bir neçə gün ərzində yaşları 10-65 arasında 8 min müsəlman öldürülüb. BMT Beynəlxalq Məhkəmsəsi hadisəni “soyqırım” olaraq müəyyənləşdirib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top