Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. 

Misirdə təşkil olunan tunirin həlledici matçında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Əlcəzair 2-ci dəqiqədə vurduğu yeganə qolla qalib gəlib.
 
Qeyd edək ki, Əlcəzair 2-ci dəfədir bu kuboku qazanır. Şimali afrikalılar 1990-cı ildə də qitə çempionu olub.
 
19 iyul
 
Seneqal – Əlcəzair 0:1
Qol: 
Bunedjah, 2

qol.az

DİGƏR XƏBƏRLƏR

Top