London Britaniya tankerinin İran tərəfindən saxlanılmasına münasibət bildirib


"İran Fars körfəzində iki tanker saxlayıb, onlardan biri Britaniya, digəri isə Liberiya bayrağı altında üzüb".

Bunu Britaniya Krallığının Xarici İşlər naziri Ceremi Hant deyib.

"Mən İran hökuməti tərəfindən Fars körfəzində iki gəminin saxlanmasından son dərəcə narahatam. Yaxın saatlarda biri Britaniya, digəri isə Liberiya bayrağı altında üzən iki gəminin tez bir zamanda azad edilməsi üçün əlimizdə olan məlumatları və görə biləcəyimiz tədbirləri müzakirə etmək üçün fövqəladə komitənin iclasında iştirak edəcəyəm.

Gəmilərin heyət üzvlərinə bir sıra ölkələrin vətəndaşları daxildir, lakin biz başa düşdüyümüzə görə, onlardan heç birinin göyərtəsində Britaniya vətəndaşı yoxdur", - deyə Hantın bəyanatında bildirilir.//Report

DİGƏR XƏBƏRLƏR

Top