Şirvanda toyda zəhərlənən şəxslərin sayı 19-a çatıb - YENİLƏNİB - VİDEO

Şirvan şəhərində toy mərasimi zamanı pirotexniki vasitələrin tüstüsündən zəhərlənən şəxslərin sayı 19 nəfərə çatıb.

Bu barədə "Report"un Dağlıq Şirvan bürosuna Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və Anesteziologiya şöbəsinin müdiri Famil Yüsifov məlumat məlumat verib.

Şöbə müdiri bildirib ki, xəstəxanaya qazda boğulma diaqnozu ilə 19 nəfər müraciət edib:

"Zəhərlənənlər boğazda qıcıqlanma, öskürək və huşun müəyyən qədər itirilməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilərək oksigen verilib və lazımi müayinə və müalicələr aparılıb. Xəstələrin hamısı kafi vəziyyətdə ambulator müalicəyə buraxılıb".


***22.34
Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Zəhərlənməyə toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə səbəb olub.

Nəticədə 16 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 12-si qadın, 4 nəfəri isə kişidir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top