"Nizami rayonundakı ağacları şirkət kəsmir, külək əyib" - İcradan təkzib


Nizami rayonu, Tofiq Abbasov küçəsi 9 ünvanında tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi ilə bağlı yayılan məlumatla əlaqədar rəsmi açıqlama verilib.

Yeniavaz.com Yenisabah.az-a istinadən xəbər verir ki, açıqlamada bildirilib ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları birgə sözügedən ərazidə araşdırma aparıblar.

İcra hakimiyyətindən daxil olan məlumata görə, tikinti şirkətinin böyük ağacları kəsməsi barədə deyilənlər təsdiq olunmayıb:

"Araşdırma zamanı “Orbita-İmperial” MTK tərəfindən dəmir lövhələrlə hasara alınmış ərazidə qanunsuz ağac kəsilməsi faktı aşkar olunmayıb. Lakin ərazinin çöl hissəsində 15 iyul 2019-cu il tarixində güclü külək zamanı 1 ədəd tut ağacının kökündən əyilərək qaz xəttinin üzərinə aşması nəticəsində, həmin ağacın aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən zərərsizləşdirilərək ərazidən götürülməsi faktı müəyyən edilib. Nizami rayonunda tikinti şirkəti tərəfindən böyük ağacların məhv edilməsi barədə məlumat öz təsdiqini tapmayıb".

DİGƏR XƏBƏRLƏR

Top