Sabah Şəhid jurnalistin kiçik oğlunun toyudur - FOTO


Qarakənd faciəsində şəhid olmuş tele-jurnalist Alı Mustafayevin ailəsində xoş gündür.

Yeniavaz.com moderator.az-a istinadən xəbər verir ki, sabah Bakıda yerləşən şadlıq saraylarının birində mərhum jurnalistin kiçik oğlu Özalın toyudur. 

O, qardaş ölkə Türkiyədən seçib sevdiyi xanımla ailə həyatı qurur. Qız toyu bu ayın 15-də Türkiyədə olub. 

Alı Mustafayevin ailəsini, həyat yoldaşı Lalə xanımı şad günləri münasibətilə təbrik edirik. İzdivac quran gənclərə xoşbəxtlik, səadət arzulayırıq.

DİGƏR XƏBƏRLƏR

Top