Mingəçevirdə həbs edilən avtoxuliqan sürücülük hüququndan məhrum edilib

Mingəçevirdə saxlanılan avtoxuliqan bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bu barədə Yeniavaz.com saytına  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, DYP şəhər bölməsi tərəfindən avtoxuliqanlıqlıqla məşğul olan sürücü saxlanılaraq barəsində inzibati hüquqi tədbir görülüb.

DYP şəhər bölməsinin rəisi, polis mayoru Cəmşid Abbasov “VAZ 2107” markalı minik maşınının sürücüsünün vaxtaşırı şəhər yollarında avtoxuliqanlıq edərək nəqliyyatın və piyadaların hərəkətinə təhlükə yaratdığını bildirib: “Sürücü, 1995-ci il təvəllüdlü Murad Mustafa oğlu Babayevə dəfələrlə etdiyimiz xəbərdarlıqlara baxmayaraq avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Nəticədə o saxlanılıb və barəsində inzibati ölçü götürülüb. Murad Babayev 15 sutka müddətinə həbs olunmaqla yanaşı, bir il müddətinə sürücülük hüququndan məhrum edilib”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top