Ermənilər Ağdamın Çıraqlı kəndini atəşə tutub


Ermənistan silahlı qüvvələri Ağdam rayonunun cəbhə xəttində yerləşən Çıraqlı kəndini atəşə tutub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, düşmən ötən gün axşam və bu gün səhər saatlarında Çıraqlı istiqamətində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub.  

Düşmən əsas hədəf kimi mülki əhalini seçib. Lakin xəsarət alan olmayıb. Mərmilər kənddə evlərin dam örtüyünə və hasarlarına dəyib.

DİGƏR XƏBƏRLƏR

Top