"Azəriqaz"da səyyar xidmət yaradıldı - həftə sonu fəaliyyət göstərəcək


“Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında təcili səyyar xidməti yaradılıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Yeniavaz.com-a məlumat verib.
Bildirilib ki, “Azəriqaz” İB-nin inzibati binasının (Bakı şəhəri, Yusif Səfərov küçəsi 23) təcili səyyar xidməti yaradılıb. Səyyari xidmət birliyin inzibati binasının birinci mərtəbəsində, həmçinin, Mərdəkan, Xırdalan və Maştağa xidmət sahələrində şənbə və bazar günləri abonentlərə saat 09:00-dan 18:00-dək xidmət göstəriləcək.

DİGƏR XƏBƏRLƏR

Top