Pirşağıda dənizdə batan gəncin meyiti tapılıb - YENİLƏNİB

Ötən gün Pirşağı çimərliyində dənizdə bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölən şəxsin kimliyinə gəlincə, bu, Abşeron rayonu, Məmmədli kənd sakini, 2002-ci il təvəllüdlü Sadiq Vüqar oğlu Abbasovdur.

Qeyd edək ki, iki nəfərin həmin ərazidə dənizdə batması barədə məlumat yayılmışdı.

08:59***

Bakının Pirşağı qəsəbəsi çimərliyində 2 nəfər dənizdə batıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, Abşeron rayonunun Məmmədli kəndindən olan gənclər dənizə yollanıblar.

Dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfərdən 6-sı xilas edilib. Lakin iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onların axtarışı davam edir.

DİGƏR XƏBƏRLƏR

Top