5 yaşlı uşağın qulağından sırğa qopardılaraq oğurlanıb - Xırdalanda

Xırdalan şəhərində naməlum şəxs beş yaşlı qızın qulağından sırğanı dartaraq çıxarıb.

Hadisə Abşeron rayonu, Xırdalan şəhərində baş verib.

Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 2014-cü il təvəllüdlü Məlikova Amaliya Fətid qızı binanın həyətində oynayan zaman naməlum şəxs onun qulağındakı qızıl sırğaları dartaraq götürüb ərazidən uzaqlaşıb.

A.Məlikova hər iki qulağından xəsarət alıb.

Abşeron RPİ hadisəni törədən şəxsin axtarışına başlayıb.//APA

DİGƏR XƏBƏRLƏR

Top